“Anamın Kitabı” Ədəbi Mükafatının 2015-ci il qalibləri mükafatlandırılıb

“Anamın Kitabı” Ədəbi Mükafatının 2015-ci il qalibləri mükafatlandırılıb
11:38 18 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Arzu və Murad” əsərinin premyerası olub.
AZƏRTAC xəbər verir ki, “Anamın kitabı” Ədəbi Mükafatının qalibi, gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” adlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Xocalı faciəsi zamanı əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.
Sevinc Elsevər müsabiqənin əhəmiyyətini vurğulayaraq bildirib ki, gənclərə teatrla əlaqə yaratmağa imkan verən bir müsabiqədir. Bu əsərlə ilk dəfə dram janrında özünü sınadığını söyləyən yazar pyesdə hamımızı narahat edən Xocalı faciəsini əks etdirdiyi söyləyib. Bildirib ki, əsərin qəhrəmanı Xocalıda əsir düşən Arzu adlı bir qızdır. Pyesdə Arzunun əsirlikdən qayıdandan sonrakı həyatı, başına gələnlər və onun fonunda Qarabağ müharibəsi, müharibədəki hadisələr, insanların faciələri göstərilir.
Yeni səhnə əsərində rolları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Kərəm Hadızadə, Elşən Şıxəliyev və İlham Əsədov ifa ediblər.
Qeyd edək ki, əsər ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsində qalib olub.
Nümayişdən sonra “Anamın Kitabı” Ədəbi Mükafatının 2015-ci il qalibləri mükafatlandırılıblar. Müsabiqənin münsiflər heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, münsiflər heyətinin yekun qərarına əsasən bu il birincilik heç bir müəllifə verilməyib. Bunun səbəbi əsərlərin bədii çəkisinin zəif olması, müsabiqə iştirakçılarının təqdim etdiyi əsərlərin yazılmasında tələskənliyin hiss olunması, habelə, janrın tələblərindən kənara çıxmaların çox olmasıdır.
Sonra mükafatlar təqdim edilib. Münsiflər heyətinin yekun ballarına əsasən qaliblərə 3 mükafat, 2 fəxri fərman, 3 həvəs ləndirici mükafat təqdim olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Anamin_Kitabi_Adebi_Mukafatinin_2015_ci_il_qalibleri_mukafatlandirilib-912307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR