AZAL fleşmob keçirdi (VİDEO)

AZAL fleşmob keçirdi (VİDEO)
11:41 18 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Beynəlxalq Hava Limanında gözlənilməz musiqili fleşmob keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şəhərin qonaqlarını birinci terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın Mal alan" operettasından uvertüra ifa edən Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri qarşılanıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fleşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlanıb.

Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlanılıb.

Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr ikinci mərtəbədə görünən Teymur Göyçayevin göstərişi ilə Üzeyir Hacıbəyovun məşhur əsərini möhtəşəm şəkildə ifa etmiş və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi qeyd edilir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR