Yol polisindən sürücülərə alternativ təklif

Yol polisindən sürücülərə alternativ təklif
11:42 18 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Yol polisi sürücülərdən Bakıda yollarda təmir işləri yekunlaşanadək həmin istiqamətlər üzrə ictimai nəqliyyata üstünlük vermələrini və alternativ yollardan istifadə etmələrini xahiş edir.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəsinin sözlərinə görə, paytaxtın Zərifə Əliyeva küçəsində Rəsul Rza küçəsinin kəsişməsinədək olan hissəsi üzrə asfalt örtüyünün çəkilişi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib. Həmin ərazi üzrə avtomobillərin fasiləsiz və təhlükəsiz hərəkəti məqsədi ilə Neftçilər prospekti üzrə, Azadlıq prospekti kəsişməsindən, yəni Azadlıq meydanından keçməklə hərəkətin əksinə - Neftçilər prospekti, Rəsul Rza kəsişməsinə doğru alternativ yol üzrə istiqamət müəyyən edilib:

"Asfalt örtüyünün çəkilişi ilə əlaqədar Neftçilər prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri bir istiqamətli 3 və 5 hərəkət zolağı olan yol qovşağıdır ki, onlarla kəsişən Rəşid Behbudov, Bülbül, Səməd Vurğun və digər küçələr üzrə hərəkət məhdudlaşdırılıb. Ərazidə yaranan vəziyyətə uyğun olaraq, sürücülərə tövsiyə olunur ki, müəyyən olunan istiqamətlər üzrə tələblərə uyğun hərəkət etsinlər. Xüsusilə, Azadlıq proospektində Zərifə Əliyeva küçəsinin kəsişməsindən düzünə - Neftçilər prospekti istiqamətinə hərəkət təşkil edilib. 

Qeyd edilən küçə və prospektlər üzrə nəqliyyat sıxlığının yaranmaması üçün Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, yollarda təmir işləri qısa müddətə yekunlaşana qədər paytaxt sakinləri ictimai nəqliyyata üstünlük versinlər və müəyyən olunan alternativ yollardan istifadə etsinlər".
 

İlkin İzzət

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR