Fövqəladə Hallar Nazirliyinin “Elektron xidmətlər sistemi” layihəsi “Milli Net-2015” mükafatının qalibi olub

11:48 18 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) e-fhn.gov.az “Elektron xidmətlər sistemi” layihəsi “Elektron hökumət” nominasiyası üzrə “Milli Net-2015” milli internet mükafatının qalibi olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən mərasimdə “Milli Net-2015” mükafatı uğrunda 14 nominasiya üzrə 299 saytın mübarizə apardığı qeyd olunub.
Tədbirdə FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və Şəbəkələrin qurulması və istismarı şöbəsinin müdiri Namiq Bağırzadə iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_Elektron_xidmetler_sistemi_layihesi_Milli_Net_2015_mukafatinin_qalibi_olub-912315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR