Çantadan 150 manat oğurlayan qadın “ZEK”ə 7 il yarım həbs verildi

Çantadan 150 manat oğurlayan qadın “ZEK”ə 7 il yarım həbs verildi
11:54 18 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zümrüd Adilovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, Z.Adilova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki,  Z.Adilova Sumqayıt şəhər polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, bu il iyulun 18-də Elyanə Mehdiyevanın çantasından 150 manat oğurlamaqda təqsirli bilinib. Z.Adilovanın əvvələr də məhkumluğu olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR