ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinin fəallaşmasına ümid edir

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinin fəallaşmasına ümid edir
11:58 18 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Yelena Kosolapova - Trend:

ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin dekabrda nəzərdə tutulmuş görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə dialoqun fəallaşmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi "Azernews"a müsahibəsinə deyib.

O bildirib: "Ümid edirik ki, tərəflər gərginliyi azaldacaqlar və nizamlanmanın elementləri üzrə müzakirələri davam etdirəcəklər. Həmçinin, ümid edirik ki, tərəflər Minsk qrupu çərçivəsində danışıqlar əsasında sülh nizamlanmasına nail olmaqda sadiqliklərini təsdiq edəcəklər".

Nümayəndənin sözlərinə görə, yekunda sülhə görə məsuliyyyət iki ölkənin prezidentlərinin çiyinlərinə düşür: "Onlar ölkələrinin sülh nizamlanmasına hazırlığı üzrə cəsarətli addım atmalıdırlar".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2471114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR