DSMF: 2015-ci ildə 81 nəfər dövlət qulluğuna işə qəbul olunub

DSMF: 2015-ci ildə 81 nəfər dövlət qulluğuna işə qəbul olunub
11:58 18 Dekabr 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

2015-ci ildə ümumilikdə 81 nəfər Dövlət Sosial Müdafiə Fondunda (DSMF) dövlət qulluğuna işə qəbul olunub.

Bunu Trend-ə açıqlamasında DSMF-nin şöbə müdiri Famil Qədimov deyib. Onun sözlərinə görə, Fondda aparılan kadr islahatları gələn il də davam etdiriləcək: “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısı Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasına təqdim edilib. Komissiya həmin yerlərin tutulması üçün sonuncu dəfə oktyabr ayında müsabiqə elan edib".

F.Qədimov qeyd edib ki, vakant vəzifələr mütəmadi olaraq komissiyaya təqdim olunur: “Ötən dövr ərzində 278 vakant vəzifə komissiyaya təqdim olunub. Müsabiqədən keçən, imtahan verib qəbul olunan yoldaşlar komissiyaya təqdim olunan vəzifələri tuturlar".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR