Almaniya azərbaycanlı sahibkarlara xarici bazarlara çıxmaqda kömək edəcək

Almaniya azərbaycanlı sahibkarlara xarici bazarlara çıxmaqda kömək edəcək
12:03 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında “İxraca Hazır Ol” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Trend-in AZPROMO-ya istinadən verdiyi məlumata görə, layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin ixrac sahəsində maarifləndirilməsi, onların nəzəri və praktiki biliklərinin artırılmasıdır.

Layihədə nəzərdə tutulmuş maarifləndirmə tədbirləri çərçivəsində, ixraca dair sertifikatlaşdırma, etiketləmə, gömrük prosedurları, bazar tədqiqatlarının aparılması və s. mövzuları əhatə edən yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkili, məlumat mübadiləsi nəzərdə tutulur.

Layihənin reallaşdırılması kiçik sahibkarların ixrac sahəsində maarifləndirilməsi, xarici bazarlara çıxışının dəstəklənməsi və qeyri neft ixracının təşviqi baxımından əhəmiyyətli olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR