Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb
12:07 18 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb. "Report" xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 40 məsələnin müzakirəsi daxil edilib.
İclasda müzakirə olunacaq məsələlərin bir neçəsi hökumətlərarası sazişlərin və müəyyən sənədlərin təsdiqi ilə bağlıdır. 
Eyni zamanda, iclasda "Notariat haqqında", "Sərhəd qoşunları haqqında", "Dövlət rüsumu haqqında" qanunlara, Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq.
Bundan başqa yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsi və "Kənd təsərrüfatı koorperasiyası haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Həmçinin "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanunda və "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklər edilməsi nəzərdə tutulur. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclisin-novbeti-plenar-iclasi-baslayibhgg

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR