ABŞ Azərbaycan və Ermənistan prezidentlərini qəti addıma səsləyir

ABŞ Azərbaycan və Ermənistan prezidentlərini qəti addıma səsləyir
12:12 18 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin dekabrda nəzərdə tutulmuş görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə dialoqun fəallaşmasına gətirib çıxaracaq.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi "Azernews"a müsahibəsinə deyib.

O bildirib: "Ümid edirik ki, tərəflər gərginliyi azaldacaqlar və nizamlanmanın elementləri üzrə müzakirələri davam etdirəcəklər. Həmçinin, ümid edirik ki, tərəflər Minsk qrupu çərçivəsində danışıqlar əsasında sülh nizamlanmasına nail olmaqda sadiqliklərini təsdiq edəcəklər".

Nümayəndənin sözlərinə görə, yekunda sülhə görə məsuliyyyət iki ölkənin prezidentlərinin çiyinlərinə düşür: "Onlar ölkələrinin sülh nizamlanmasına hazırlığı üzrə cəsarətli addım atmalıdırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/ipolitcs/391240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR