İlhamə Quliyeva xəstəxanadan çıxdı - "Ziyafət verəcəm"

İlhamə Quliyeva xəstəxanadan çıxdı - "Ziyafət verəcəm"
12:14 18 Dekabr 2015
47 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti İlhamə Quliyeva Mərkəzi Neftçilər xəstəxanasından evə buraxılıb. Bu barədə Lent.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Şükürlər olsun ki, özümü yaxşı hiss edirəm. Xəstəxananın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Müalicələrim müsbət oldu. Elə ona görə də yeni ildə, yanvarın 13-də paytaxt məkanlarının birində dostlarımı bir araya yığacam. Həmin ziyafətdə yalnız mənə yaxın olan dostlarım dəvət olunacaq. Hələ ki, heç kimə dəvət göndərməmişəm.

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti belə açıqlama vermişdi: "Başımda güclü ağrılar hiss etdim. Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər Xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verilib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR