AFFA “Avro-2020” ilə bağlı millinin məşqçilər heyətinə yeni təlimatlar verib

AFFA “Avro-2020” ilə bağlı millinin məşqçilər heyətinə yeni təlimatlar verib
12:18 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr.AZƏRTAC
AFFA-nın Futbol Akademiyasında qurumun baş katibi Elxan Məmmədov Azərbaycan yığmalarının məşqçi heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə millinin baş məşqçisi Robert Prosineçki, texniki direktor Bernhard Lippert, Məşqçilər Komitəsinin üzvləri və müxtəlif yaş qruplarından ibarət yığmalarda fəaliyyət göstərən məşqçilər iştirak ediblər.
Tədbirdə dekabrın 14-də Bakı Olimpiya Stadionunda Topaz Premyer Liqası klublarının baş məşqçiləri ilə keçirilmiş görüş xatırlanaraq səmərəli müzakirələrin aparıldığı bildirilib, milli komandaların məşqçi heyəti ilə klubların məşqçiləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyədə olmasının vacibliyi vurğulanıb.
Görüşdə qeyd olunub ki, 2020-ci ildə təşkil olunacaq və dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan milli komandasının iştirakına nail olmaq üçün istedadlı, gənc futbolçular indidən diqqət mərkəzində saxlanılmalı, bununla əlaqədar yığma və klub məşqçiləri sıx əməkdaşlıq etməli, zərurət yaranacağı təqdirdə gənc futbolçularla fərdi məşqlər də keçirilməlidir.
“Avro-2020”də çıxış edə biləcək milli komandanın formalaşdırılması üçün qısa müddət ərzində ən azı 30 nəfərdən ibarət 1994-2000-ci il təvəllüdü futbolçuların siyahısının tərtib olunması, həmin futbolçulara fərdi məşqlərin keçirilməsi məqsədilə metodiki vəsaitin hazırlanması qərara alınıb.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFFA_Avro_2020_ile_bagli_millinin_mesqchiler_heyetine_yeni_telimatlar_verib-912325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR