SOCAR:"Günəşli” və “Neft daşları”da neft sızıntısı yoxdur

SOCAR:"Günəşli” və “Neft daşları”da neft sızıntısı yoxdur
12:21 18 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

"Müşahidələr və analizlər göstərir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə qəza rayonunda neft dağıntısı yoxdur".

SOCAR baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən ötən sutka ərzində aparılmış növbəti monitorinqin nəticələri haqqında məlumat yayıb.

Məlumatda qeyd edilir ki, monitorinqlər havadan helikopterlər, dənizdən gəmilər vasitəsilə bütün gün ərzində davam etdirilib.

Yanan neft quyularının söndürülməsi dənizə neft dağılmaları təhlükəsinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün ərazidə olan ixtisaslaşdırılmış “Məmməd Süleymanov” gəmisindən alınan məlumatlar da hava və dəniz müşahidələrinin nəticələrini təsdiqlənib. İşçi qrup bir daha qətiyyətlə bildirir ki, indiyə qədər “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmayıb.

Mümkün neft dağılmalarına qarşı dəniz səthinə düzülmüş xüsusi bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması məqsədi daşıyır.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupun tərkibində fəaliyyət göstərən Fövqəladə hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssiləri monitorinqləri davam etdirilər. Eyni zamanda “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupa təqdim olunur.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. İtkin düşənlərdən 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb.

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub.


Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:

Qərargah: Yanğın söndürülmək üzrədir

Sonuncu Platforma (VİDEO)
Günəşli platformasındakı yanğının söndürülməsində ciddi dönüş
"Günəşli"dəki yanğına desant edildi (YENİLƏNİB)
Kəmaləddin Heydərov və Elçin Quliyev yanan platformaya baxdılar
Ölüm platformasından ən son görüntülər (VİDEO)
Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB - 3, VİDEO)
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR