Azərbaycan gimnastları Mixail Voronin kuboku turnirində iştirak ediblər

Azərbaycan gimnastları Mixail Voronin kuboku turnirində iştirak ediblər
12:28 18 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
Moskvada “Olimpiyskiy” Kompleksdə idman gimnastikası üzrə Mixail Voronin kuboku turniri keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışa 23 ölkənin idmançıları qatılıb.
Qadınların yarışında Azərbaycanı “Bakı-2015” ilk Avropa Oyunlarının iştirakçıları Yuliya İnşina və Kristina Pravdina təmsil ediblər.
Onlar arasında ən yaxşı nəticəni Yuliya İnşina göstərib. Azərbaycan təmsilçisi gimnastik tiri üzərində hərəkətlərdə beşinci yerə sahib olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR