"AtaSığorta" Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib

"AtaSığorta" Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib
12:28 18 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
"AtaSığorta" ASC Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib.
Şirkətin marketinq və kommunikasiyalar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkəti olan "AtaSığorta" ASC dekabrın 16-da Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrindən çıxarışı alıb.
"İcbari Sığortalar haqqında" Qanunun 50.2-ci maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR