Şənbə havası açıqlandı

Şənbə havası açıqlandı
12:29 18 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-4 dərəcə, gündüz  8-12 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz  8-13 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Dekabrın 21-dək Abşeron yarımadasında meteoloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR