Ronaldu yeni biznesə başlayır

Ronaldu yeni biznesə başlayır
12:32 18 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu "Pestana Hotel Group" şirkəti ilə birlikdə "CR7" adlı 4 otel açacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ümumilikdə 70 milyon avro xərclənməsi nəzərdə tutulan otellər Funşal, Lissabon, Madrid və Nyu-Yorkda inşa ediləcək. Bununla əlaqədar Lissabonda təşkil olunmuş mətbuat konfransında Ronaldunun özü və "Pestana Hotel Group"un prezidenti Dionisiu Pestana iştirak ediblər.

"Futbol mənim işimdir. Amma həmişə belə olmayacaq. Qərara aldım ki, yeni layihəyə qoşulum. Mənimlə otelçilik sahəsində dünyanın ən yaxşı mütəxəssisləri əməkdaşlıq edirlər. Mən gənc olsam da, özümü sübut etmiş insanam. Bu layihə məni ruhlandırır. Öz gələcəyim, oğlum və ailəm haqqında düşünürəm", - Ronaldu deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR