Oqtay Əsədov: "Burada şok nə var ki?"

Oqtay Əsədov: "Burada şok nə var ki?"
12:37 18 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də Ermənistan diasporasının üzvüdür". Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.

O.Əsədov bildirib ki, bu məsələni o qədər də şişirtmək lazım deyil: "Bəzi jurnalistlər bunu şok hadisə kimi təqdim edirlər. Bunun nəyi şokdur? Bu adi bir komissiyadır. Məsələni bu bu cür şişirtmək çox böyük səhvdir".

O.Əsədov deyib ki, Kris Smit adi bir konqresmendir. Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: "ABŞ Konqresində kifayət qədər Azərbaycanın dostları var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram".

O.Əsədov bildirib ki, Kris Smit erməni diasporasının təsiri altında olan adamdır.

O.Əsədov sonra qeyd edib ki, Kris Smitin bu hərəkəti iki məqsəd daşıyır: "Dünya Azərbaycanlıları Günü ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. İstəyirlər, desinlər ki, guya biz dedik, Azərbaycan hökuməti də o adamları buraxdı. İkincisi, istəyirlər ki, onların adını çəkdikləri adamlar buraxılmasınlar və bundan da Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər. Onlar bu yolla Azərbaycanı təxribata çəkmək istəyirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR