Məşhur müğənninin Yeni il gecəsi üçün hazırladığı qeyri-adi geyimi

Məşhur müğənninin Yeni il gecəsi üçün hazırladığı qeyri-adi geyimi
12:41 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur ifaçı Ziynet Sali çəkisi 50 kq olan libas tikdirir.

ANS PRESS-in məlumatına görə müğənni bu libasla Yeni il gecəsi 2 min nəfərlik otellərin birində səhnəyə çıxacaq. Geyimin başqa bir özəlliyi isə ondadır ki, 12 metr parçadan hazırlanacaq və qeyri-adi daşlarla bəzədiləcək.


Ziynet Sali-müğənni


40 yaşlı sənətçiyə bu libası Türkiyənin məşhur modelyeri Cengiz Abazoğlu tikəcək. Xüsusuilə avanqard üslubda gəlinlik modellərini hazırlamaqla moda aləmində öz imzası ilə tanınan modelyer, müğənni üçün daha 2 fərqli libas da tikəcək. Müğənni həmin libaslarını da Yeni il gecəsi təşkil olunacaq konsert proqramına geyinəcək.


Cengiz Abazoğlu- müğənninin libasını tikəcək modelyer


Görünür müğənni qonşudan qalma geri prinsipi ilə bu addımı atıb. Çünki hələ ötən il azərbaycanın pop divası Aygün Kazımova səhnəyə 50 kiloluq libasla çıxmışdı.Qəbələdə konsert proqramında çıxış edən müğənninin libası tək çəkisi ilə deyil, hazırlandığı material ilə də diqqəti özünə çəkmişdi. Müğənninin libası 200 metr zəncirdən hazırlanmışdı.


Aygün Kazımovanın 50 kiloluq libası

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR