AFFA "Qarabağ"ın futbolçusu üçün 2015-i bitirdi

AFFA "Qarabağ"ın futbolçusu üçün 2015-i bitirdi
12:57 18 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


"Qarabağ"ın futbolçusu Raydell Pupon bir oyunluq cəzalandırılıb. Buna səbəb onun "Sumqayıt"la oyunun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılması olub. "Qarabağ" 200 manat cərimələnib. Bu isə onun üçün 2015-ci ilin bitməsi deməkdi.


"İnter" "Rəvan"la, "Kəpəz" "Xəzər Lənkəran"la oyunda 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə edilib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-quotqarabaquotn-futbolcusu-ucun-2015-i-bitirdi-t46234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR