Niderland 2019-cu ildə ikinci Avropa Oyunlarına sahiblik etməyə hazırdır

Niderland 2019-cu ildə ikinci Avropa Oyunlarına sahiblik etməyə hazırdır
12:48 30 Dekabr 2014
133 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Niderland 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Niderland Olimpiya Komitəsinin (NOC NSF) rəsmi saytında bildirilir.

Ölkənin Olimpiya Komitəsinin nümayəndələri artıq öz istəkləri barədə Avropa Olimpiya Komitələri (AOK) şurasını məlumatlandırıblar.

NOC NSF sədri Andre Bolius bəyan edib: "İkinci Avropa Oyunlarını Niderlandda təşkil etmək əla olardı. 2013-cü ildə Utrextdə keçirilən gənclərin Avropa Oyunları daxil olmaqla, son 20 ildə uğurla keçirilən idman hadisələrindən sonra biz bu iri idman tədbirini təşkil etməyə hazırıq".

İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2348977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR