​ Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək

​ Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək
13:27 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Dekabrın 21-də Tehranda (İran) Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası keçiriləcək.
“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.
İqtisadiyyat və sənaye naziri, Dövlət Komissiyasının həmsədri Ş.Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyətinin dekabrın 21-22-də İrana səfəri çərçivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran-Azərbaycan biznes forumları keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-numayende-heyeti-i-rana-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR