Bakıda nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən yıxıldı

Bakıda nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən yıxıldı
13:29 18 Dekabr 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

1-ci kurs tələbəsi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, 1998-ci iltəvəllüdlü Əhmədova Esmira İlqar qızı Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb. 17 yaşlı qız liftin 1-ci mərtəbəsində dayanmış vəziyyətdə olan liftin damına düşüb. O, təcili olaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinə nəticəsində E.Əhmədovanın çoxsaylı sınıq xəsarətləri aldığı və vəziyyətinin çox ağır olduğu məlum olub.

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, 9-cu mərtəbədən yıxılan 17 yaşlı E.Əhmədova 1 saylı Tibb Texnikumunun tələbəsi olub.

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR