Pekində havanın çirklənməsi ilə əlaqədar bu il ikinci dəfə yüksək xəbərdarlıq elan edilib

Pekində havanın çirklənməsi ilə əlaqədar bu il ikinci dəfə yüksək xəbərdarlıq elan edilib
13:38 18 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Çinin paytaxtı Pekində havanın çirklənməsi ilə əlaqədar 4 gün ən yuxarı səviyyədə olan qırmızı xəbərdarlıq elan edilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ölkədə hökm sürəcək çirkli hava ilə bağlı dekabrın 19-dan etibarən bu il ikinci dəfə qırmızı xəbərdarlıq elan olunacaq.
Çin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, Pekində sabahdan hökm sürəcək çirkli hava dekabrın 22-də azalacaq. Ölkənin şimal bölgələrində isə bu ilin ən çirkli havasının hökm sürəcəyi bildirilir. Pekində də təsirli olacaq çirkli havanın dekabrın 6-9-da ölkədə hökm sürmüş çirklilikdən daha pis olacağı qeyd edilir.
Qırmızı xəbərdarlıqla əlaqədar 4 gün ərzində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlərin olacağı, həmçinin, atəşfəşanlıq və bayırda manqal qalamağa qadağa qoyulacağı qeyd edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pekinde_havanin_chirklenmesi_ile_elaqedar_bu_il_ikinci_defe_yuksek_xeberdarliq_elan_edilib-912358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR