​Ermənistanda bir ailənin 7 üzvünü öldürən Rusiya hərbçisinin məhkəməsi başlayıb

13:42 18 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesi Rusiya hərbi bazasının ərazisində keçirilir.
Ermənistan rus hərbçisini Cinayət Məcəlləsinin silahlı basqın, qanunsuz daxil olma, soyğunçuluq, dövlət sərhədini qanunsuz keçməyə cəhd maddələri üzrə mühakimə edir.
Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. 
Avqustun 13-də isə Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.
Bundan sonra Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakovun bir erməni ailəsini qətlə yetirməsi ilə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR