FİFA daha bir şok hadisə ilə üzləşib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ali futbol qurumunun banklardakı hesabına blok qoyulub.
ABŞ Ədliyyə Nazirliyinin istəyi ilə FİFA-nın 10 bankda olan 50 hesabından istifadəsi qadağan edilib. Buna səbəb kimi rüşvət qalmaqalı və qurumun bir neçə yüksək vəzifəli nümayəndəsinin həbs edilməsi göstərilib. Həmçinin İsveçrə hökuməti FİFA-ya üzv olan bir çox federasiyanın banklarda hesabının olduğunu açıqlayıb və bu hesablara da blok qoyulacağını istisna etməyib.
Qeyd edək ki, FİFA-nın İcraiyyə Komitəsində çalışan bir neçə yüksək vəzifəli şəxsi çirkli pulların yuyulması və dələduzluqda ittiham olunur.
Milli.Az