Fikrət Yusifov: Təhsildəki islahatlar bizə nə vəd edir?

Fikrət Yusifov: Təhsildəki islahatlar bizə nə vəd edir?
13:48 18 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisafdi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin son iki ildə atdığı mühüm addımlar kifayət qədər müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Dünyanı iqtisadi böhran bürüdüyü, neftin qiymətlərinin 3 dəfəyə yaxın aşağı düşdüyü bir dövrdə neft ölkəsi olan Azərbaycan məhz qeyri-neft sektorunun hesabına cari ili 4% iqtisadi artımla başa vurur.

Heç şübhəsiz ki, bu göstərici getdikcə daha da yüksələcək və Azərbaycan iqtisadiyyatının bütün sahələrindəki uğurları ilə öz şöhrətini daha da artıracaq. Bunun üçün ölkəmizin bütün imkanları, dövlət başçısının möhkəm iradəsi və buna söykənən tarixi çağırışları var. “Azərbaycanın gələcək iqtisadi inkişafını sənaye və kənd təsərrüfatı təmin edəcək” deyən Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışını yada salaq. Dövlət başçısı növbəti mərhələdə qarşımızda duran əsas fəaliyyət istiqamətlərini elmi araşdırmalarla zənginləşdirməyin vacibliyini vurğulayaraq Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tədqiqatlar üzərində işləməyə çağırdı.

Sözsüz, Prezident İlham Əliyevinn bu çağırışlarında həm də təhsil işçilərinin payı var. Azərbaycanın yeni əsaslara və sahələrə söykənəcək gələcək iqtisadi inkişafından danışırıqsa, deməli, birinci növbədə təhsilin səviyyəsini artırmağın yolları barədə düşünməliyik. Gələcəyin alimləri indi ali təhsil ocaqlarında, orta məktəblərdədirlər. Dövlətimiz də məhz bu reallıqdan çıxış edərək Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir, bu sahədə davamlı islahatlar aparılmasına xüsusi maraq göstərilir. Prezident İlham Əliyevin təhsillə bağlı çıxışlarına diqqət yetirsək, görərik ki, onun bütün fikirləri bir əsas hədəfdən qaynaqlanır - Neft kapitalını insan kapitalına çevirmək!

Bu istiqamətdə son illər ərzində bir çox addımlar atılıb. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə çoxalması, müəllimlərin əmək haqlarının, tələbə, magistr və aspirantların təqaüdlərinnin nəzərəçarpacaq dərəcədə artırılması, yeni-yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, dünya təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlər və s. məhz yuxarıda qeyd etdiyimiz hədəfə hesablanmış dövlət qayğısının bariz nümunələridir.

Son dövrlər təbii sərvətlər ətrafında dünyada cərəyan edən hadisələr göstərir ki, Azərbaycan Prezidentinin hələ 12 il əvvəl müəyyən etdiyi yeni inkişaf istiqamətləri tamamilə doğrudur. Bu istiqamətlər üzrə arzulanan nəticələrin əldə olunması üçün isə şübhəsiz ki, birinci növbədə təhsilin səviyyəsi diqqət mərkəzində olmalıdır.

Bəs hazırda vəziyyət necədir? Təhsil sahəsi 2015-ci ili hansı nəticələrlə başa vurur?..

Prezidentin İlham Əliyevin 24 oktyabr 2013-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq son iki ildə təhsil sahəsində başlanan islahatların mahiyyəti, qısa müddətdə ölkədə təhsilin beynəlxalq standartlara uyğun formalaşdırılmasını və onun keyfiyyətinin müasir tələblərə cavab verə biləcək bir səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Təkcə yola saldığımız il ərzində ölkə başçısı təhsil sistemində aparılan islahatları sürətləndirmək və təhsilin keyfiyyətini artırmağa yönəlmiş 10-a qədər fərman və sərəncam imzalayıb.

Son iki il ərzində aparılan islahatların nəticələri də kifayət qədər diqqət çəkəndir. Hər kəsə bəllidir ki, təhsildə ən ciddi məsələlərdən biri və bəlkə də birincisi yüksək peşə hazırlığı olan müəllimlərin seçilməsidir ki, bu işin də təməli başlanan islahatlarla çox fundamental şəkildə qoyulub. Bu gün yaxşı müəllim o müəllimdir ki, o, hər gün öz peşə hazırlığını artırmağa və bununla da şagirdlərə və tələbələrə yüksək biliklər verməyə qadir olsun. Burada ən öncül məsələlərdən biri isə budur ki, islahatlar belə müəllimin əməyinin lazımınca dəyərləndirilməsini nəzərdə tutur.

Bu yolda atılan addımlar və ilkin nəticələr artıq ortadadır. Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. İlkin olaraq 8965 nəfər müəllimin əmək haqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Gəlin razılaşaq ki, islahatların ilk mərhəlləsində əldə olunan nəticələr kifayət qədər yüksəkdir.

Bundan sonrakı mərhələdə yüksək əmək haqqı alan müəllim belə öz peşə hazırlığını artırmaq hesabına daha yüksək əmək haqqı almaq şansıına malik olacaqdır. Bu şərait mövcud müəllim heyəti arasında ciddi rəqabətin yaranmasına gətirib çıxaracaqdır ki, bu yarışda da yalnız yüksək bilik və peşə hazırlığına malik olan müəllimin qalib gəlməsi mümkündür. Şagirdi bilik və peşə səviyyəsi aşağı olan müəllimə etibar etmək, xəstəni tibbi təhsili “3” qiymətə “başa vurmuş” həkimə etibar etmək kimidir.

Təhsil sistemində aparılan islahatlar artıq ölkədə müəllim peşəsinə marağın kifayət qədər yüksəlməsinə səbəb olub. Faktlara nəzər salaq: Cari ildə müəllimlik ixtisaslarını seçən abituriyentlərin orta balı artmış, 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı isə ötən ilə nisbətən 37 faiz çox olmuşdur. Müşahidələrimiz göstərir ki, müəllim işləmək istəyənlərin sayı ildən ilə artır. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olmuşdur. Digər tərəfdən, islahatlara uyğun şəffaf, obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi də müəllim peşəsinə marağın artmasına bilavasitə təsir etmişdir. Bütün bunların nəticəsidir ki, cari ildə vakant yerlərin tutulma səviyyəsi 38 faiz artmışdır.

Apardığımız araşdırmalar kənd məktəblərindəki vəziyyətə də işıq salır. Kənd məktəblərində işə qəbul olunmuş 1729 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilmişdir ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 25 faiz artması deməkdir.

Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri də gələcəyə ümidlə baxmağa imkan verir. Ötən illə müqayisədə kifayət qədər ciddi keyfiyyət dəyişikliyi müşahidə olundu. Misal üçün 700 bal toplamış abituriyentlərin sayının ötən illə müqayisədə iki dəfə artmasını, keçid ballarının 200-ə yüksəldilməsini və ayrı-ayrı bölgələr üzrə ali məktəblərə qəbul sayında nəzərəçarpan yüksəlişi göstərmək olar ki, bütün bunları da Azərbaycanın təhsil sahəsində son iki ildə aparılmış islahatların nəticəsi kimi qiymətləndirə bilərik.

Bu sıraya şagirdlərimizin beynəlxlaq elmi yarışlar və olimpiadalarda əldə etdikləri yüksək nəticələrin getdikcə artmasını da əlavə etsək, Azərbaycanın gələcəyindən narahat olmaya bilərik. Təhsil sistemimizdə aparılan islahatlar yaxın gələcəkdə milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan, onları inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüskar və yeniliklərə meyilli, nəzəri və praktiki biliklərə yiyələnmiş, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaga inkan verəcəkdir. Bu isə cəmiyyətin inkişafını təmin edən əsas məsələdir...

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur filmlərin pərdə arxası görüntüləri

24 Sentyabr 2017 16:42

Prezident: "Qəbul etdiyimiz bütün qərarlar həyatda qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır"

24 Sentyabr 2017 16:33

Azərbaycan Prezidenti: Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq

24 Sentyabr 2017 16:33

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

24 Sentyabr 2017 16:33

İsveçrədə dağ havasını satırlar

24 Sentyabr 2017 16:28

Parisdə məşhur model Kristian Diorun yaradıcılığının 70 illiyi qeyd olunub

24 Sentyabr 2017 16:27

ABŞ-ın buna haqqı yoxdur - Ərdoğan qəzəbləndi

24 Sentyabr 2017 16:18

İlham Əliyev: "Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır"

24 Sentyabr 2017 16:17

Gəlini öpmək istəyən bəyə gözlənilməz etiraz

24 Sentyabr 2017 16:12

3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı - FOTO/VİDEO

24 Sentyabr 2017 16:08

Kabildə güclü partlayış olub

24 Sentyabr 2017 15:59

Azərbaycan futbolunda rekord

24 Sentyabr 2017 15:59

"AVRO-2017": Azərbaycanın Polşa sınağı - YENİLƏNİR

24 Sentyabr 2017 15:57

İmişlidə iki avtomobil toqquşub

24 Sentyabr 2017 15:54

Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra öldü

24 Sentyabr 2017 15:53

Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA

24 Sentyabr 2017 15:49

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapıldı

24 Sentyabr 2017 15:48

ABŞ-dan gizli kəşfiyyat raketi

24 Sentyabr 2017 15:43

Dünyanın ən qeyri-adi heykəlləri

24 Sentyabr 2017 15:40

Prezident Salyana səfər edib - YENİLƏNİB

24 Sentyabr 2017 15:29

Terrorda günahlandırılan 42 nəfər edam edilib

24 Sentyabr 2017 15:29

ŞOK OLAY: Müdir xanım işçilərinə elə şey təklif etdi ki... - VİDEO

24 Sentyabr 2017 15:28

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb

24 Sentyabr 2017 15:27

Yerkökünün möcüzəvi faydaları

24 Sentyabr 2017 15:19

Bakı-Qazax yolunda vurulan piyada xəstəxanada öldü

24 Sentyabr 2017 15:14

Qadın özünün sürdüyü avtomobilin altında qaldı... - VİDEO

24 Sentyabr 2017 15:13

Zurab Alavidze: “Barjomi rayonu ərazisindəki yanğın praktiki olaraq lokallaşdırılıb”

24 Sentyabr 2017 15:12

Azərbaycan Prezidenti Salyanda Bayraq Muzeyinin açılışında iştirak edib

24 Sentyabr 2017 15:08

"Qəbələ" "Neftçi"yə qarşı - YENİLƏNİR

24 Sentyabr 2017 15:07

Azərbaycan futbolunda rekord: bütün biletlər satıldı - MÜRACİƏT

24 Sentyabr 2017 15:07

Şabranda 5000 illik TAPINTI

24 Sentyabr 2017 15:03

Ona təcavüz edənləri bir-bir çəkib görüntülərini paylaşdı

24 Sentyabr 2017 15:02

Kosmosa liftlə qalxa biləcəyik

24 Sentyabr 2017 14:48

Prezident İlham Əliyev Salyan rayonuna səfərə gəlib

24 Sentyabr 2017 14:48

Elmə məlum olmayan inək cinsi tapıldı

24 Sentyabr 2017 14:38

Gürcüstanın hakim partiyası Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüb

24 Sentyabr 2017 14:37

Azərbaycanda qəribə toy: boşandığı əri ilə yenidən evləndi

24 Sentyabr 2017 14:33

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışı olub

24 Sentyabr 2017 14:27

56 yaşlı baş məşqçi 29 yaşlı qızla evləndi - FOTO

24 Sentyabr 2017 14:27

22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı

24 Sentyabr 2017 14:24

Gürcüstan və Ermənistan Kür çayına məişət tullantıları axıdır - Nazirlik

24 Sentyabr 2017 14:23

Londondakı hücumla bağlı 15 yaşlı gənc saxlanılıb

24 Sentyabr 2017 14:18

Tramp Koreyanı hədələdi: "TAB GƏTİRƏ BİLMƏYƏCƏKSİZ"

24 Sentyabr 2017 14:14

Sumqayıtda 2 otaqlı ev yandı

24 Sentyabr 2017 14:12

Azərbaycanda yerin altından saray tapıldı - FOTOLAR

24 Sentyabr 2017 14:08

Daha bir klubdan Fatih Terimə təklif

24 Sentyabr 2017 14:07

“CBC Sport”un rəhbəri keçmiş xanımı ilə ikinci dəfə evləndi - FOTO

24 Sentyabr 2017 14:07

Benzema avtomobil qəzasına düşdü - FOTO

24 Sentyabr 2017 13:59

ABŞ-ın nüfuzlu saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub

24 Sentyabr 2017 13:58

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 13:56