Əfsanəvi döyüşçü qayıdır

Əfsanəvi döyüşçü qayıdır
13:57 18 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Qarışıq döyüş növlərinin (MMA) əfsanəsi Fyodor Yemelyanenkonun 39 yaşı olmasına baxmayaraq, hələ də rinqlərdən əl çəkmir. Yemelyanenko son döyüşünə 2012-ci ilin iyununda çıxmışdı. Onun artıq idmandan uzaqlaşdığı düşünülürdü. Ancaq əfsanəvi idmançı növbəti döyüşünü dekabrın 31-də Yaponiyada keçirəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Yemelyanenko bu ölkədə hindistanlı Caydip Sinqhlə üzləşəcək. Yemelyanenko məşqlərinə hələ ölkəsində davam edir. O, döyüşün keçiriləcəyi məkana dekabrın 25-də yola düşəcək.

Qeyd edək ki, Caydip Sinqh Hindistanda doğulsa da, 3 yaşından Yaponiyada yaşayır. O, karyerası ərzində Yaponiyada 19 döyüş keçirib. 1,96 metr boya malik 28 yaşlı idmançı 2 döyüşünü vaxtından əvvəl başa vurub. Həmçinin Hindistan əsilli döyüşçü kikboks üzrə keçirilən döyüşlərdə də iştirak edir. Elə onun döyüş karyerasının çoxu kikboks yarışları ilə bağlıdır. Caydip Sinqhin çəkisi 109 kq-dır.

Fyodor Yemelyanenko isə son döyüşünə 2012-ci ilin iyununda çıxıb. O, ümumilikdə 40 döyüşündən 12-si nokaut olmaqla, 35 qələbə qazanıb.
Yemelyanenko 183 sm boya malikdir. Çəkisi isə 107 kq-dır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR