Təhsildəki islahatlar bizə nə vəd edir?

Təhsildəki islahatlar bizə nə vəd edir?
14:12 18 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin son iki ildə atdığı mühüm addımlar kifayət qədər müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Dünyanı iqtisadi böhran bürüdüyü, neftin qiymətlərinin 3 dəfəyə yaxın aşağı düşdüyü bir dövrdə neft ölkəsi olan Azərbaycan məhz qeyri-neft sektorunun hesabına cari ili 4% iqtisadi artımla başa vurur.

Heç şübhəsiz ki, bu göstərici getdikcə daha da yüksələcək və Azərbaycan iqtisadiyyatının bütün sahələrindəki uğurları ilə öz şöhrətini daha da artıracaq. Bunun üçün ölkəmizin bütün imkanları, dövlət başçısının möhkəm iradəsi və buna söykənən tarixi çağırışları var. "Azərbaycanın gələcək iqtisadi inkişafını sənaye və kənd təsərrüfatı təmin edəcək" deyən prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışını yada salaq. Dövlət başçısı növbəti mərhələdə qarşımızda duran əsas fəaliyyət istiqamətlərini elmi araşdırmalarla zənginləşdirməyin vacibliyini vurğulayaraq Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tədqiqatlar üzərində işləməyə çağırdı.

Sözsüz, prezident İlham Əliyevin bu çağırışlarında həm də təhsil işçilərinin payı var. Azərbaycanın yeni əsaslara və sahələrə söykənəcək gələcək iqtisadi inkişafından danışırıqsa, deməli, birinci növbədə təhsilin səviyyəsini artırmağın yolları barədə düşünməliyik. Gələcəyin alimləri indi ali təhsil ocaqlarında, orta məktəblərdədirlər. Dövlətimiz də məhz bu reallıqdan çıxış edərək Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir, bu sahədə davamlı islahatlar aparılmasına xüsusi maraq göstərilir. Prezident İlham Əliyevin təhsillə bağlı çıxışlarına diqqət yetirsək, görərik ki, onun bütün fikirləri bir əsas hədəfdən qaynaqlanır - Neft kapitalını insan kapitalına çevirmək!

Bu istiqamətdə son illər ərzində bir çox addımlar atılıb. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə çoxalması, müəllimlərin əmək haqlarının, tələbə, magistr və aspirantların təqaüdlərinnin nəzərəçarpacaq dərəcədə artırılması, yeni-yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, dünya təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlər və s. məhz yuxarıda qeyd etdiyimiz hədəfə hesablanmış dövlət qayğısının bariz nümunələridir.

Son dövrlər təbii sərvətlər ətrafında dünyada cərəyan edən hadisələr göstərir ki, Azərbaycan prezidentinin hələ 12 il əvvəl müəyyən etdiyi yeni inkişaf istiqamətləri tamamilə doğrudur. Bu istiqamətlər üzrə arzulanan nəticələrin əldə olunması üçün isə şübhəsiz ki, birinci növbədə təhsilin səviyyəsi diqqət mərkəzində olmalıdır.

Bəs hazırda vəziyyət necədir? Təhsil sahəsi 2015-ci ili hansı nəticələrlə başa vurur?

Prezidentin İlham Əliyevin 24 oktyabr 2013-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq son iki ildə təhsil sahəsində başlanan islahatların mahiyyəti, qısa müddətdə ölkədə təhsilin beynəlxalq standartlara uyğun formalaşdırılmasını və onun keyfiyyətinin müasir tələblərə cavab verə biləcək bir səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Təkcə yola saldığımız il ərzində ölkə başçısı təhsil sistemində aparılan islahatları sürətləndirmək və təhsilin keyfiyyətini artırmağa yönəlmiş 10-a qədər fərman və sərəncam imzalayıb.

Son iki il ərzində aparılan islahatların nəticələri də kifayət qədər diqqət çəkəndir. Hər kəsə bəllidir ki, təhsildə ən ciddi məsələlərdən biri və bəlkə də birincisi yüksək peşə hazırlığı olan müəllimlərin seçilməsidir ki, bu işin də təməli başlanan islahatlarla çox fundamental şəkildə qoyulub. Bu gün yaxşı müəllim o müəllimdir ki, o, hər gün öz peşə hazırlığını artırmağa və bununla da şagirdlərə və tələbələrə yüksək biliklər verməyə qadir olsun. Burada ən öncül məsələlərdən biri isə budur ki, islahatlar belə müəllimin əməyinin lazımınca dəyərləndirilməsini nəzərdə tutur.

Bu yolda atılan addımlar və ilkin nəticələr artıq ortadadır. Prezident İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. İlkin olaraq 8965 nəfər müəllimin əmək haqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Gəlin razılaşaq ki, islahatların ilk mərhəlləsində əldə olunan nəticələr kifayət qədər yüksəkdir.

Bundan sonrakı mərhələdə yüksək əmək haqqı alan müəllim belə öz peşə hazırlığını artırmaq hesabına daha yüksək əmək haqqı almaq şansıına malik olacaqdır. Bu şərait mövcud müəllim heyəti arasında ciddi rəqabətin yaranmasına gətirib çıxaracaqdır ki, bu yarışda da yalnız yüksək bilik və peşə hazırlığına malik olan müəllimin qalib gəlməsi mümkündür. Şagirdi bilik və peşə səviyyəsi aşağı olan müəllimə etibar etmək, xəstəni tibbi təhsili "3" qiymətə "başa vurmuş" həkimə etibar etmək kimidir.

Təhsil sistemində aparılan islahatlar artıq ölkədə müəllim peşəsinə marağın kifayət qədər yüksəlməsinə səbəb olub. Faktlara nəzər salaq: Cari ildə müəllimlik ixtisaslarını seçən abituriyentlərin orta balı artmış, 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı isə ötən ilə nisbətən 37 faiz çox olmuşdur. Müşahidələrimiz göstərir ki, müəllim işləmək istəyənlərin sayı ildən ilə artır. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olmuşdur. Digər tərəfdən, islahatlara uyğun şəffaf, obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi də müəllim peşəsinə marağın artmasına bilavasitə təsir etmişdir. Bütün bunların nəticəsidir ki, cari ildə vakant yerlərin tutulma səviyyəsi 38 faiz artmışdır.

Apardığımız araşdırmalar kənd məktəblərindəki vəziyyətə də işıq salır. Kənd məktəblərində işə qəbul olunmuş 1729 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilmişdir ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 25 faiz artması deməkdir.

Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri də gələcəyə ümidlə baxmağa imkan verir. Ötən illə müqayisədə kifayət qədər ciddi keyfiyyət dəyişikliyi müşahidə olundu. Misal üçün 700 bal toplamış abituriyentlərin sayının ötən illə müqayisədə iki dəfə artmasını, keçid ballarının 200-ə yüksəldilməsini və ayrı-ayrı bölgələr üzrə ali məktəblərə qəbul sayında nəzərəçarpan yüksəlişi göstərmək olar ki, bütün bunları da Azərbaycanın təhsil sahəsində son iki ildə aparılmış islahatların nəticəsi kimi qiymətləndirə bilərik.

Bu sıraya şagirdlərimizin beynəlxlaq elmi yarışlar və olimpiadalarda əldə etdikləri yüksək nəticələrin getdikcə artmasını da əlavə etsək, Azərbaycanın gələcəyindən narahat olmaya bilərik. Təhsil sistemimizdə aparılan islahatlar yaxın gələcəkdə milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan, onları inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüskar və yeniliklərə meyilli, nəzəri və praktiki biliklərə yiyələnmiş, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaga inkan verəcəkdir. Bu isə cəmiyyətin inkişafını təmin edən əsas məsələdir...

Fikrət Yusifov

Ekonomiks" Beynəlxalq İqtisafdi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor

Trend

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsrail Azərbaycanla əməkdaşlığı genişləndirib -

20 Sentyabr 2017 20:46

Yeni "Lada Vesta"nın qiyməti MƏLUM OLDU: 11-13 min dollar

20 Sentyabr 2017 20:43

Türkmənistan prezidenti bəstələdiyi mahnını V Asiya Oyunlarının bağlanış mərasimində oxuya bilər

20 Sentyabr 2017 20:42

Daşkəsəndə bir ilin gəlini intihar edib

20 Sentyabr 2017 20:32

İranın tanınmış dirijoru Musiqili Teatrda tamaşa idarə edəcək

20 Sentyabr 2017 20:32

Xaçmazdakı meşə yanğını söndürülüb

20 Sentyabr 2017 20:30

Zəlzələdən əvvəl səmadakı paranormal parıltılar İNSANLARI QORXUTDU - VİDEO

20 Sentyabr 2017 20:28

Köhnə model maşını 172 minə satır - nömrəsinə görə - VİDEO

20 Sentyabr 2017 20:18

Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün tarixi açıqlanıb

20 Sentyabr 2017 20:17

Bitkoin noyabrda yenidən bölünə bilər

20 Sentyabr 2017 20:07

İrəvana “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, daha ağır CAVAB… - GÜNÜN SİYASİ XÜLASƏSİ

20 Sentyabr 2017 20:03

Ərdoğan-

20 Sentyabr 2017 20:02

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi-praktik konfrans keçirilib

20 Sentyabr 2017 19:57

"Medi Sina” klinikasının sahibinin cinayət işi barədə YENİ XƏBƏR

20 Sentyabr 2017 19:54

Masallıda yol kənarında kişi meyiti tapılıb

20 Sentyabr 2017 19:52

Astrofiziklər dünyanın axırının YENİ TARİXİNİ AÇIQLADILAR – 23 sentyabr?

20 Sentyabr 2017 19:48

Azərbaycan və Macarıstan hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

20 Sentyabr 2017 19:44

Həkimlər pişiklərdən uzaq durmağı tövsiyyə edir -

20 Sentyabr 2017 19:38

SÖZDƏN ƏMƏLƏ KEÇƏNLƏR: artıq kilolardan azad olmanın 20 İNANILMAZ NÜMUNƏSİ

20 Sentyabr 2017 19:33

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” açıq müsabiqə elan edib

20 Sentyabr 2017 19:32

“Məhəmməd” adı Britaniyada 10 ən məşhur ad SİYAHISINDA

20 Sentyabr 2017 19:23

Bermud üçbucağında yeni ada peyda oldu -

20 Sentyabr 2017 19:16

ABŞ-ın neft ehtiyatları 1% artıb

20 Sentyabr 2017 19:12

Tovuzda avtomobil yanıb

20 Sentyabr 2017 19:09

UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə qərar verib

20 Sentyabr 2017 19:07

Prezident: "Ölkənin taleyi xalqın əlinə veriləndə uğur əldə etmək mümkündür"

20 Sentyabr 2017 18:59

Sumqayıtda zavodda yanğın

20 Sentyabr 2017 18:58

Pakistan hərbçiləri Bakıda səfərdədir

20 Sentyabr 2017 18:54

Klassik musiqimizdə XƏZAN...

20 Sentyabr 2017 18:48

Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

20 Sentyabr 2017 18:47

200 manatlıq əsginaslar dövriyyəyə buraxılarsa... - RƏY

20 Sentyabr 2017 18:43

Qarın bölgəsindəki artıq yağlara SON

20 Sentyabr 2017 18:43

80 yaşlı kişi qəza törətdi: 3 nəfər yaralandı

20 Sentyabr 2017 18:40

Xaçmazda meşə yanğını başlayıb

20 Sentyabr 2017 18:39

Ekoloji qanunvericiliyi pozanlar 45 min manat məbləğində cərimələnib

20 Sentyabr 2017 18:37

Azərbaycan Prezidenti Malta dövlət başçısını təbrik edib

20 Sentyabr 2017 18:37

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

20 Sentyabr 2017 18:35

Tələbələr üçün ən rahat və asan iş imkanları - FOTOLAR

20 Sentyabr 2017 18:33

Azərbaycan Prezidenti Meksika xalqına başsağlığı verib

20 Sentyabr 2017 18:32

"Azərbaycanda bütün fundamental azadlıq tam təmin edilir" - İlham Əliyev

20 Sentyabr 2017 18:29

CEV-in vitse-prezidenti: “Cümə günü Bakıda anşlaq gözləyirik"

20 Sentyabr 2017 18:27

Emin Mehdiyev: “Yalnız qələbə haqda düşünməliyik"

20 Sentyabr 2017 18:27

Çempionlar Liqasının finalı bu şəhərdə keçiriləcək - SON QƏRAR

20 Sentyabr 2017 18:23

SON DƏQİQƏ: Xaçmaz meşələri yanır

20 Sentyabr 2017 18:21

"Neftçi" qələbə ilə başladı

20 Sentyabr 2017 18:19

Murad Bozla Aslı Enverin romantik rəqsi – VİDEO

20 Sentyabr 2017 18:18

Afaq Aslan bu dəfə “Yataqxana”da: “Seksual...” - FOTOLAR

20 Sentyabr 2017 18:18

Ermənistan 25 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır

20 Sentyabr 2017 18:18

UEFA Supek Kuboku İstanbulda keçiriləcək

20 Sentyabr 2017 18:14

Rusiya referendumla bağlı səssizliyini pozdu

20 Sentyabr 2017 18:14