İlhamə Quliyeva: "100 baş kəsəcəm"

İlhamə Quliyeva: "100 baş kəsəcəm"
14:21 18 Dekabr 2015
104 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq artisti İlhamə Quliyeva bir müddətdir müalicə gördüyü xəstəxanadan evə buraxılıb.
Primadonna ANS PRESS-ə açıqlamsında özünü "super" hiss etdiyini deyib. İfaçı xəstəxanadan çıxması münasibəti ilə qurban kəsəcəyini də deyib.

“Bu gün artıq tam ayaq üstəyəm. Qurbanım var, istəsəm 100 baş qoyun kəsəcəm (gülür). Əsas odur hər şey yaxşı olsun. Hər kəsin tutduğu niyyəti qəbul olunsun. Qurbanlar kəsilsin”.

Xalq artisti ona göstərdikləri xidmətə görə, Mərkəzi Neftçilər xəstəxanasının rəhbərliyinə, Leyla Seyidbəyovaya, uroloq Rəşad Şolana və oranın bütün işçi heyətinə minnətdar olduğunu qeyd edib.

İ.Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətçi səhhətində yaranan ciddi problemlərə görə, həkimə müraciət edib. "Görünür, bir vaxtlar mənim köməkçim mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Problemlər indi üzə çıxmağa başlayıb".

Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub. Bu əməliyyatdan sonra damarlarında problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanmalı olub.

İlhamə Quliyeva - Azərbaycanın və Dağıstanın xalq artistidir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib.

1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin,1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.


İlhamə Quliyev "Ağla"

1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə qastrol səfərlərdə olub. Ailəlidir, bir oğlu var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR