​Son 6 ayda dünyada qaçqınların sayı 5 milyon nəfər çoxalıb

​Son 6 ayda dünyada qaçqınların sayı 5 milyon nəfər çoxalıb
14:32 18 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Son 6 ayda dünyada qaçqınların və daxili mühacirlərin sayı 5 milyon nəfər çoxalıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlğının hesabatında bildirilib.
Hesabata əsasən, ilin sonunadək onların ümumi sayı 60 milyondan çox olacaq.
"2015-ci ilin birinci yarısında 5 milyon qaçqının 4,2 milyonu daxildə, 839 mini isə xaricə mühacirət edib. Bununla hesabat dövründə hər gün orta hesabla 4600 nəfər məcburi köçkün olub", - hesabatda vurğulanıb.
2014-cü ilin sonunda mühacirlərin ümumi sayı 59,5 milyon olub.
Bu ilin iyunun 30-na olan məlumata əsasən, 1,84 milyon nəfər olmaqla ən çox qaçqını Türkiyə qəbul edib. Ancaq hər min nəfərə 209 qaçıqının düşməsi göstəricisi ilə dünyada Livan birinci yerdədir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/son-6-ayda-qacqinlarin-sayi-5-milyon-c

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR