NATO-da Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını Qiymətləndirmə sənədinin müzakirəsi olub

NATO-da Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını Qiymətləndirmə sənədinin müzakirəsi olub
14:48 18 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Brüssel, 18 dekabr, AZƏRTAC
NATO-nun Brüsseldəki mənzil-qərargahında Azərbaycan Respublikasının 2015-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib.
“28+1” formatında keçirilmiş müzakirələrdə Azərbaycandan Xarici İşlər, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Dövlət Sərhəd və Dövlət Təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı NATO-ya üzv ölkələrin nümayəndələri Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu bildiriblər. Ölkəmizin NATO-nun cari gündəliyində duran çoxşaxəli məsələlər, o cümlədən Qətiyyətli Dəstək Missiyası, Etimad fondları, Müdafiə Təhsilinin Gücləndirilməsi Proqramı, mülki fövqəladə planlaşdırma, meydana gələn təhlükəsizlik çağırışları və s. üzrə fəal əməkdaşlığı və töhfəsi yüksək dəyərləndirilib.
Görüşdə, həmçinin Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə NATO arasında bu kimi məsləhətləşmələr müntəzəm olaraq keçirilir. Azərbaycan hazırda 2015-2016-cı illəri əhatə edən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının dördüncü mərhələsini həyata keçirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NATO_da_Azerbaycanin_Ferdi_Terefdasliq_uzre_Ameliyyat_Planini_Qiymetlendirme_senedinin_muzakiresi_olub-912380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR