Ziya Məmmədov Xızıda - FOTO

Ziya Məmmədov Xızıda - FOTO
15:12 18 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Nəqliyyat naziri Ziya Məmmədov Xızıda qəbul keçirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, nazir Abşeron, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib. Müraciətlər əsasən Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 26-cı km-də piyada keçidinin inşası, Abşeronun Hökməli kəndində 2 km uzunluğunda avtomobil yolunda cari təmir işlərinin aparılması, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 56-cı km-dən ayrılan və Yeni Yaşma kəndinə aparan yolun əsaslı təmiri, Xızının Giləzi qəsəbəsində, Sitalçay və Yeni Yaşma kəndlərində dayanacaqların qurulması, Bakı-Xızı-Bakı marşrutu üzrə orta tutumlu yeni avtobusların hərəkətinin təşkili, Abşeronun Masazır qəsəbəsində yeni salınmış və 3 min nəfərin yaşadığı yaşayış massivindən Xırdalan şəhərinə birbaşa marşrut xəttinin açılması və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Qəbul zamanı 50-dən çox vətəndaşın müraciətinə yerində baxılıb.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR