Rusiya Türkiyəyə vaxt verdi: 6 ay sonra...

Rusiya Türkiyəyə vaxt verdi: 6 ay sonra...
15:17 18 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə Rusiya tərəfindən tətbiq olunan sanksiyaların təsirini altı ay sonra hiss edəcək".

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Mixail Yemelyanov deyib.  
 
Rusiyalı deputat bildirib ki, Türkiyənin Moskva ilə əlaqələri normallaşdırmaq üçün şansları var.
 
"Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların çox ağır nəticələri olacaq. Ən sərt addım çarter reyslərinin ləğv edilməsi olub. Türkiyə sanksiyaların təsirinin tam olaraq altı ay sonra - yazda hiss edəcək", - Mixail Yemelyanov söyləyib.
 
O, münasibətlərin normallaşması üçün Moskvanın irəli sürdüyü şərtləri yenidən səsləndirib. Rus deputat qeyd edib ki, Türkiyə hadisəyə görə üzr istəməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.
 
"Əgər Türkiyə ABŞ ilə dostluq üçün Rusiya ilə əlaqələri qurban etmək istəyirsə, Ankaradakı indiki rəhbərliklə əlaqələrin inkişaf etdirilməsi mümkün olmayacaq", - Yemelyanov vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR