"Çelsi"yə yox dedi, "Bavariya"nı çalışdıracaq

"Çelsi"yə yox dedi, "Bavariya"nı çalışdıracaq
15:19 18 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Joze Mourinyonun istefaya göndərilməsindən sonra “Çelsi”nin baş məşqçisi postu ilk olaraq, Karlo Ançelottiyə təklif edilib. Apasport.az saytı xəbər verir ki, italyan çalışdırıcı London klubuna qayıtmağa razılaşmayıb. Belə ki, Ançelotti “Çelsi”nin təklifini qəbul etməyib. Təcrübəli çalışdırıcı mövsümün sonunda “Bavariya”dan ayrılacaq Xosep Qvardiolanı əvəzləmək niyyətindədi.

 

Ançelottinin yayda Münhenə köçəcəyi və “Bavariya”nı çalışdıracağı gözlənilir.

 

Qeyd edək ki, Ançelotti 2013-cü ildə Madrid “Real”ında məhz Mourinyonu əvəzləmişdi.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR