Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi həbsdə qaldı

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi həbsdə qaldı
15:29 18 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun apellyasiya şikayətlərinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, məhkəmə apellyasiya şikayətlərini təmin etməyib.

 

Qeyd edək ki, adı çəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

 

Hər üç şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dekabrın 9-da Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay artırılıb. Həmin qərarla razılaşmayan təqsirləndirilən şəxslər isə vəkilləri vasitəsi ilə apellyasiya şikayəti veriblər. Onlar həmin qərarın ləğv edilməsini və azadlığa buraxılmalarını istəyirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR