“28 Сinema” rebrendinq etdi

“28 Сinema” rebrendinq etdi
15:33 18 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib. Bundan sonra kinoteatr “CinemaPlus” adlandırılacaq.
Kinoteatrdan AZƏRTAC-a bildirilib ki, rebrendinq (brend haqqında mövcud təsəvvürləri köklü surətdə dəyişən plastik əməliyyat) layihəsi yalnız kinoteatrın adının dəyişdirilməsi ilə kifayətlənmir. Belə ki, layihə çərçivəsində kinoteatrın loqosu, əməkdaşların forması tam dəyişdirilib, həmçinin daxili interyerlərin dizaynları təkmilləşdirilib və çap məhsullarında da dəyişikliklər edilib.
Divarların orijinal işıqlandırılması qonaqların diqqətini cəlb edərək onların zövqünü oxşayır. Xüsusi seçilmiş rənglər tamaşaçıların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, xoş atmosfer yaradır. Vahid yeni üsluba keçid inkişafda mühüm mərhələdir.
Tamamilə yenilənmış sevimli kinoteatr olan “CinemaPlus” hər zaman olduğu kimi öz tamaşaçılarını premyeralar və yeni layihələr ilə sevindirməyə hazırdır.
Bundan əlavə qeyd olunur ki, kinoteatr yeri reklam daşıyıcılarının tətbiqinə başlayıb. Bunun nəticəsində bütün yerli şirkətlər daha effektiv reklam vasitələrindən istifadə edə biləcəklər.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/28_Sinema_rebrendinq_etdi-912400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR