​Krım tatarlarının lideri: "Yarımadayla sərhəddə hərbi birləşmə yaratmağı planlaşdırırıq"

15:47 18 Dekabr 2015
14 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin Krım tatarlarının işlər üzrə səlahiyyətli nümayəndəsi, deputat Mustafa Cemilev bildirib.
"Ukraynanın imkanları məhduddur. Hərbi birləşmənin geyim, silah, ərzaq və başqa ləvazimatlarla təchiz edilməsi kimi məsələlər var. Gündəlikdə bu xərclər durur. Biz bu kimi məsələləri Türkiyə ilə müzakirə etmək istərdik. Hərbi birləşməni Ukraynanın Herson vilayətində yaratmağ planlaşdırırıq", - o, vurğulayıb.
Krım tatarlarının liderləri Mustafa Cemilev və Refat Çubarov dekabrın 16-17-də Türkiyədə səfərdə olublar. Onların Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşdükləri bildirilib.
Bir müddət öncə Mustafa Cemilev Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında Krımın Rusiya tərəfindən ilhaq edildiyini, Kremlin yarımadanı hərbi, hətta nüvə silahı bazasına çevirmək üçün səy göstərdiyini bəyan etmişdi.  

Xəbərin orijinal ünvanı: http://report.az/region/krim-tatarlarinin-lideri-yarimadayla-serhedde-herbi-birlesme-yaratmagi-planl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR