2587 nəfər könüllü olaraq İİV-ə test müayinəsindən keçib

15:49 18 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) "Avropa İİV-ə testləşmə həftəsi" və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı müayinələr və maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini davam etdirir.

Lent.az-ın məlumatına görə, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə və məsləhət aksiyası dekabrın 1-dən sonra bu günə kimi 19 təşkilat-müəssisə, ali təhsil, istehsalat və digər müəssisələrdə keçirilib.

 

Mingəçevir, Gəncə, Şəki, Salyan, Sabirabad, Şamaxı, Lənkəran, Ağcabədi və digər bölgələrin ali təhsil müəssisələri, kollecləri və insanların çoxluq təşkil etdiyi ərazilərdə keçirilən tədbirlərdə ümumilikdə 2587 nəfər könüllü olaraq İİV-ə test müayinəsindən keçib.

Həmin 2587 nəfərin cəmi 2-də İİV virusu aşkarlanıb.

 

Bundan başqa, bölgələrin sadə yerli sakinləri, tələbələrlə "Avropa İİV-ə testləşmə həftəsi" çərçivəsində görüşlər keçirilib, onlara İİV-lə bağlı broşur və bukletlər paylanılıb.

 

Onu da qeyd edək ki, İİV infeksiyasına yaşanan təhlükəli cinsi yaxınlıq zamanı yoluxma riski yüksək olduğu üçün müayinələr zamanı hər kəsə pulsuz olaraq qoruyucu vasitələr paylanılıb.

"Avropa İİV-ə testləşmə həftəsi" çərçivəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin dəstəyi ilə 24 sat ərzində Bakı şəhərində dayanacaqlarda hər 6 dəqiqədən bir QİÇS-lə bağlı roliklər nümayiş etdirilib.

 

Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi-2015” möhtəşəm ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatları iştirak edir. İlk dəfə “Avropa İİV-ə testləşmə həftəsi” 2013-cü ildə 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə keçirilib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR