Oğurladığı əşyaları taksi ilə daşıdı

Oğurladığı əşyaları taksi ilə daşıdı
16:04 18 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, Ceyranbatan qəsəbə sakini Nurlan Əmirli Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, qəsəbədə yerləşən ona məxsus yarımtikilidən 900 manat dəyərində tikinti materialları oğurlanıb.

 

Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində oğurluğu törədənin kimliyi məlum olub. Müstəntiq Xəyyam Rüstəmovun sözlərinə görə, saxlanılan Roman Qasımov əvvəllər də oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

 

Roman Qasımov: "Getdim, içkili idim. Bir az da narkotik istifadə etmişdim, ev idi, pəncərədən daxil oldum".

 

Əvvəllər iki dəfə oğurluğa görə məhkumluq həyatı yaşayan Roman Qasımov təmir-tikinti alətlərinin hamısını bir araya yığdıqdan sonra taksi çağırıb: "Götürdüm taksiyə qoydum, gətirdim 8-in bazarına. Gördüm biri drel axtarır, dedim məndə var. Soruşdu oğurluq deyil. Dedim yox, özümündü. Razılaşdıq, satdım ona".  

 

Roman bütün bu əməlləri narkotikə olan tələbatını ödəmək üçün törətdiyini bildirib. Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları onun digər cinayət əməllərinin olduğunu da istisna etmir. Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR