17.12.2015 - ci il tarixində "ABU ARENA" idman kompleksində Bakı Banklararası Valyuta Birjasının (BBVB) təşkilatçılığı ilə keçirilən banklararası "Payız - 2015 kuboku" futzal turnirinin final oyunu keçirilmişdir.
Final oyununda "Muğanbank" və "Kapital Bank" komandaları qarşılaşırdı.İlk dəqiqələrdən üstünlüyü əla alaraq və bütün vaxt ərzində məzmunlu oyun göstərən "Muğanbank"ın komandası 2-1 hesabı ilə qalib gələrək turnirdə 1-ci yerə layiq olmuşdur.
Turnirin sonunda mükafatlandırma mərasimi keçirildi və "Muğanbank" komandasına turnirin qalibi kuboku təqdim edildi.
Qeyd edək ki, turnir ərzində "Muğanbank" komandasını yüzlərlə tamaşaçı dəstəkləmişdir.