Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytı Milli Net Mükafatına layiq görülüb

16:28 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı – Milli Net 2015 qaliblərinin təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin rəsmi internet saytı olan “www.mct.gov.az” Milli Net Mükafatının “Elektron hökumət Nominasiyası” üzrə III yerə layiq görülüb.
Bildirilib ki, müsabiqədə 14 nominasiya üzrə 299 sayt iştirak edib.
Milli İnternet Mükafatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Azercell şirkətinin baş sponsorluğu ilə həyata keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR