"Lenini canlandırmaq istəyirəm" - Leonardo DiKaprio

"Lenini canlandırmaq istəyirəm" - Leonardo DiKaprio
16:31 18 Dekabr 2015
34 Şou
Ölkə mətbuatı
A- A+

Hollivudun məşhur aktyorlarından olan Leonardo DiKaprio maraqlı açıqlamalar verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, keçmiş SSRİ-nin lideri Vladimir Lenini canlandırmağı arzu etdiyini və Rusiya vətəndaşlığını almaq istədiyini bildirib.

Aktyor nənəsi Yelena Smirnovanın Rusiyanın Perm şəhərindən olduğunu deyərək "Rusiyanı çox sevirəm, oranın vətəndaşı olmaq istəyirəm" cümləsini səsləndirib. O, sovet filmlərini də çox sevdiyini və posterlərini kolleksiya etdiyini söyləyib.

Qeyd edək ki, DiKaprio bundan əvvəl digər müsahibəsində SSRİ-nin digər lideri İosif Stalini canlandırmaq istədiyini vurğulamışdı.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR