Səudiyyə Ərəbistanı həcc ziyarəti qaydalarını sərtləşdirib

16:33 18 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi Mina dağında baş verən basırıqdan sonra zəvvarların yerləşdirilməsi və həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən kompaniyalar üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, nazirlik bu şərtlərin pozulacağı təqdirdə həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla, müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.
Xatırladaq ki, bu il sentyabrın 24-də həcc ziyarəti zamanı Mina dağında yaranan basırıq nəticədə 700-də çox zəvvar həyatını itirmişdi. Faciədən dərhal sonra Səudiyyə Ərəbistanının kralı həcc ziyarətinin qaydalarına yenidən baxılması barədə göstəriş vermişdi.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistani_hecc_ziyareti_qaydalarini_sertlesdirib-912426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR