“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir

“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir
16:33 18 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Culfa, 18 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il fevralın 20-də imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam milli-mədəni irsi qoruyub yaşatmağa və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Culfa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 25-də imzaladığı Sərəncama əsasən “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq muxtar respublikada silsilə tədbirlər keçirilir.
Bildirilib ki, 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud meydanının yaradılması, həmin meydanda Dədə Qorqudun abidəsinin ucaldılması təkcə xalqımızın müdriklik rəmzi olan bu böyük ozana deyil, bütövlükdə, milli mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsi kimi mühüm dəyərə malikdir. Elmi konfranslar, açıq dərslər, “dəyirmi masa”lar və sair tədbirlərin təşkili də diqqət mərkəzindədir. “Naxçıvanda Dədə Qorqud” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi də ən mühüm tədbirlər sırasındadır.
Tədbirdə çıxış edən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sədaqət Rəfiyeva, kitabxananın əməkdaşı Rübabə Mehdiyeva bildiriblər ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir.
Sonda “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir” adlı sərgiyə baxış olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kitabi_Dede_Qorqud_Azerbaycan_xalqinin_milli_servetidir-912425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR