Səhiyyə naziri İmişli və ətraf rayonlarda yaşayan 56 sakini qəbul edib

Səhiyyə naziri İmişli və ətraf rayonlarda yaşayan 56 sakini qəbul edib
16:33 18 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 18-də İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Ağcabədi rayonlarından olan 56 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_naziri_Imisli_ve_etraf_rayonlarda_yasayan_56_sakini_qebul_edib-912423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR