Məşhur model həbs edildi

Məşhur model həbs edildi
16:34 18 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailli top model Bar Rafaeli və anası Zipora Rafaeli xaricdə əldə etdikləri gəlirin vergisini ödəmədikləri üçün tutulub.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə,  Bar Rafaelinin xaricdə olan iqamətgahını gizlədərək  257 min dollarlıq vergi qanunsuzluğu etdiyi deyilir. 

Araşdırma zamanı Barın xarici ölkədə anası və qardaşının adına olan lüks evlərdə yaşadığı,  özünə verilən iki lüks maşını adına keçirməyərək vergidən yayınmağa çalışdığı aşkarlanıb. 

Evinə basqın edilən Bar və anasının ötən gün məhkəmə qərarı ilə həbs edildiyi bildirilir. Məhkəmə qərarı ilə Bar və anası 6 ay ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb.

Məşhur model isə vəkili vasitəsilə haqqındakı bu iddiaların yalan olduğunu deyib.

 

 





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR