Hollandiyada sellofan paket qadağası

Hollandiyada sellofan paket qadağası
16:38 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hollandiyada ətraf mühitin çirklənməsi ilə mübarizə çərçivəsində alış-veriş zamanı sellofan paketlərin pulsuz verilməsi qadağan edilib.

Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Qadağa ilə bağlı qanun layihəsi parlamentə Hollandiya İşçi Partiyasının türk əsilli millət vəkili Yasəmən Çeğeren tərəfindən təqdim edilib.

Qanun layihəsinə əsasən, sellofan paketlər yalnız istəyənlər üçün pul qarşılığında satılacaq. Qadağa bütün mağazalar üçün keçərlidir.

Statistikaya əsasən, Hollandiyada ildə təqribən 8 milyard sellofan paket zibilliyə atılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2471347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR