Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşları qəbul edib
16:38 18 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 18 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul dekabrın 18-də Kürdəmirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən keçirilib. Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda səkkiz rayondan - Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Beyləqan, Füzuli, Ağdam və Xocavənddən gələn sakinlər iştirak ediblər.
Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən rayonlarda mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, mühafizəsi, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, turizmin inkişaf etdirilməsi, habelə işlə təminat və digər sosial məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, bir sıra müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb, onların həlli üçün konkret tapşırıqlar verilib.
Nazir jurnalistlərə müsahibəsində dövlətimizin başçısının tapşırığı ilə yerlərdə keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd edərək, vətəndaşlarla birbaşa ünsiyyətin bir sıra məsələlərin operativ həllində zəruri olduğunu söyləyib. Ə.Qarayev bölgələrdə sakinlərin mədəniyyət və turizmin inkişafı ilə bağlı təşəbbüslərini, yüksək vətəndaşlıq mövqeyini müsbət qiymətləndirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_turizm_naziri_Kurdemirde_vetendaslari_qebul_edib-912427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR