Tibb mütəxəssislərimiz Dünya Səhiyyə Təşkilatının seminarında iştirak ediblər

Tibb mütəxəssislərimiz Dünya Səhiyyə Təşkilatının seminarında iştirak ediblər
16:43 18 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 14-18-də Türkmənistanın paytaxtı Aşqabadda Dünya Səhiyyə Təşkilatının (DST) tütünlə mübarizə haqqında Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı hüquqi məsələlər üzrə subregional seminar keçirilib. Seminarda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Tofiq Musayev, Rigina Baxşəliyeva və Rüfət Rəhimov təmsil ediblər.
İSİM-dən AZƏRTAC-a bildirilib ki, seminarda tütün əleyhinə mübarizədə effektiv siyasətin əsas komponentləri və onların icrası, eləcə də təhlükəsizlik strategiyaları müzakirə olunub. Ölkə nümayəndələrinin təqdimatları maraqla dinlənilib, qrup müzakirələri aparılıb və praktiki məşğələlər keçirilib. Əsas diqqət ictimai səhiyyənin problemlərindən olan tütünçəkmə ilə mübarizə üsullarına, qapalı yerlərdə, xüsusilə iş yerlərində tütündən istifadəni məhdudlaşdırmağın yollarına yönəldilib.
Sonda iştirakçı ölkələrdə prioritetlər nəzərə alınmaqla yaxın gələcək üçün tütünlə mübarizə ilə bağlı iş planları hazırlanıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tibb_mutexessislerimiz_Dunya_Sehiyye_Teskilatinin_seminarinda_istirak_edibler-912432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR